Главная > İdman / Manset > “Shusha Chess 2022”: Məmmədyarov maksimum nəticə ilə vahid lider oldu - FOTO
“Shusha Chess 2022”: Məmmədyarov maksimum nəticə ilə vahid lider oldu - FOTO22-09-2022, 22:28. Разместил: admin |
Şuşada ilk beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib. “Report”un məlumatına görə, ikinci yarış günündə rapid üzrə 4 tur oynanılıb. Kişilərin mübarizəsində ilk gedişi Azərbaycan Şahmat Federasiyasının rəhbəri, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov bütün qarşılaşmaları qələbə ilə başa vuraraq, maksimum nəticə ilə liderliyə yüksəlib. Teymur Rəcəbov 1 qalibiyyət, 2 heç-heçə, 1 məğlubiyyət, Vasif Durarbəyli 1 qələbə, 1, heç-heçə, 2 məğlubiyyət, Rauf Məmmədov 2 heç-heçə , 2 məğlubiyyət, Qədir Hüseynov isə 3 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb. Kişilər II tur Hao Vanq (Çin) - Rüstəm Qasımcanov (Özbəkistan) - 0,5:0,5 Santoş Qucrati Vidit (Hindistan) - Qədir Hüseynov - 1:0 Rauf Məmmədov - Şəhriyar Məmmədyarov - 0:1 Parham Maqsudlu (İran) - Vasif Durarbəyli - 1:0 Mustafa Yılmaz (Türkiyə) - Teymur Rəcəbov - 0:1 III tur Vasif Durarbəyli - Mustafa Yılmaz (Türkiyə) - 0,5:0,5 Teymur Rəcəbov - Santoş Qucrati Vidit (Hindistan) - 0,5:0,5 Şəhriyar Məmmədyarov - Hao Vanq (Çin) - 1:0 Rüstəm Qasımcanov (Özbəkistan) - Parham Maqsudlu (İran) - 0,5:0,5 Qədir Hüseynov - Rauf Məmmədov - 0,5:0,5 IV tur Mustafa Yılmaz (Türkiyə) - Rüstəm Qasımcanov (Özbəkistan) - 0,5:0,5 Santoş Qucrati Vidit (Hindistan) - Rauf Məmmədov - 1:0 Parham Maqsudlu (İran) - Şəhriyar Məmmədyarov - 0:1 Teymur Rəcəbov - Vasif Durarbəyli - 0:1 Hao Vanq (Çin) - Qədir Hüseynov - 1:0 V tur Rauf Məmmədov - Hao Vanq (Çin) Vasif Durarbəyli - Santoş Qucrati Vidit (Hindistan) - 0:1 Şəhriyar Məmmədyarov - Mustafa Yılmaz (Türkiyə) - 1:0 Qədir Hüseynov - Parham Maqsudlu (İran) - 0:1 Rüstəm Qasımcanov (Özbəkistan) - Teymur Rəcəbov - 0,5:0,5 Xal durumu: Şəhriyar Məmmədyarov - 10, Santoş Qucrati Vidit (Hindistan) - 9, Vasif Durarbəyli - 5, Teymur Rəcəbov - 5, Rüstəm Qasımcanov (Özbəkistan) - 5, Hao Vanq (Çin) - 4, Rauf Məmmədov - 3, Mustafa Yılmaz (Türkiyə) - 2, Qədir Hüseynov - 1 Qadınların yarışında isə ilk gedişi Türkiyə Şahmat Federasiyasının prezidenti və FIDE-nin vitse-prezidenti Gülkız Tulay edib. İkinci gündə aşağıdakı nəticələr qeydə alınıb. Qadınlar II tur Gülnar Məmmədova - Meri Arabidze (Gürcüstan) - 0:1 Gövhər Beydullayeva - Marsel Efroimski (İsrail) - 0,5:0,5 Kübra Öztürk Güvənli (Türkiyə) - Nana Dzaqnidze (Gürcüstan) - 0:1 Yolanta Zavadska (Polşa) - Ülviyyə Fətəliyeva - 1:0 Xanım Balacayeva - Günay Məmmədzadə - 1:0 III tur Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva - 0:1 Meri Arabidze (Gürcüstan) - Yolanta Zavadska (Polşa) - 1:0 Nana Dzaqnidze (Gürcüstan) - Gülnar Məmmədova - 1:0 Marsel Efroimski (İsrail) - Xanım Balacayeva - 1:0 Günay Məmmədzadə - Kübra Öztürk Güvənli (Türkiyə) - 1:0 IV tur Xanım Balacayeva - Kübra Öztürk Güvənli (Türkiyə) - 0:1 Marsel Efroimski (İsrail) - Ülviyyə Fətəliyeva - 0:1 Yolanta Zavadska (Polşa) - Nana Dzaqnidze (Gürcüstan) - 1:0 Gövhər Beydullayeva - Meri Arabidze (Gürcüstan) - 0,5:0,5 Gülnar Məmmədova - Günay Məmmədzadə - 0,5:0,5 V tur Kübra Öztürk Güvənli (Türkiyə) - Gülnar Məmmədova - 1:0 Meri Arabidze (Gürcüstan) - Marsel Efroimski (İsrail) - 0:1 Nana Dzaqnidze (Gürcüstan) - Gövhər Beydullayeva - 1:0 Günay Məmmədzadə - Yolanta Zavadska (Polşa) - 0:1 Ülviyyə Fətəliyeva - Xanım Balacayeva - 0,5:0,5 Qeyd edək ki, “Shusha Chess 2022”yə sentyabrın 24-də yekun vurulacaq. Вернуться назад |