Главная > İdman > “Kəpəz” yeni baş məşqçisini bu gün təqdim edir - RƏSMİ

“Kəpəz” yeni baş məşqçisini bu gün təqdim edir - RƏSMİ


4-09-2022, 19:27. Разместил: admin
“Kəpəz”də yeni baş məşqçi təyinatı rəsmiləşib.

Sports.az xəbər verir ki, bu Tərlan Əhmədovdu.

Yeni baş məşçinin təqdimat mərasiminin bu gün saat 15:45-də Gəncə Gənclər Evində başlayacaq.

Tərlan Əhmədovun məşqçilər korpusunda Vidadi Rzayev, Ceyhun Tanrıverdiyev və Nadir Şükürovun yer alacağı dəqiqləşib. Daha bir nəfəri isə Əhmədov özü ilə Bakıdan aparacaq.

AFFA-nın nəzarətində olan kluba bu təyinat Elxan Məmmədovun təşəbbüsü və xeyir-duası ilə gerçəkləşib.
Вернуться назад