Главная > İdman > Bu gün “Qarabağ” “Şamaxı”nı, “Səbail” “Kəpəz”i qəbul edəcək

Bu gün “Qarabağ” “Şamaxı”nı, “Səbail” “Kəpəz”i qəbul edəcək


27-08-2022, 11:15. Разместил: admin
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına gərə, günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edəcək.

Hazırda “dənizçilər” 1 xalla 8-ci, üç qarşılaşmanın hamısında uduzan Gəncə təmsilçisi sonuncu - 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək çempionatda dörd dəfə üz-üzə gəliblər. Bunların 2-də paytaxt klubu, 1-də “Kəpəz” meydanı üç xalla tərk edib. Topların nisbətində də “Səbail” üstündür - 6:5.

Günün ikinci görüşündə son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” altı xalla 3-cü qonaqlar isə bir xalla 9-cu pillədə yer alıb. Bu, komandaların yerli çempionatda 71-ci oyunu olacaq. Əvvəlki qarşılaşmaların 33-də Ağdam klubu, 13-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 95:43.

Azərbaycan Premyer Liqası
IV tur
27 avqust (şənbə)

18:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
“ASCO Arena”

20:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena”

Qeyd edək ki, turun ilk iki oyununda “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edibsə, “Neftçi” “Zirə”yə qalib gəlməyi bacarıb - 2:1. Tura avqustun 28-də keçiriləcək “Qəbələ” - “Sabah” matçı ilə yekun vurulacaq.
Вернуться назад