Главная > İdman > Şahmatçılarımız Avropa Kubokunda nə qədər pul qazanıb? - ARAŞDIRMA
Şahmatçılarımız Avropa Kubokunda nə qədər pul qazanıb? - ARAŞDIRMA18-11-2019, 11:00. Разместил: azadses |
Xəbər verdiyimiz kimi, Monteneqronun Ultsin şəhərində keçirilən şahmat klubları arasında Avropa Kuboku başa çatıb. Oxu.Az xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov”, qadınlarda isə “Odlar Yurdu” medalsız qalıb. Yeni yaranmış və debüt edən “Vüqar Həşimov” 10 xalla səkkizinci sırada yarışı bitirib. Komandamız ilk “altılığ”a düşsəydi, medal qazanmasaydı da, pul mükafatına yiyələnəcəkdi. Məsələn, altıncı yerin sahibi olan Norveçin “Volerenqa” klubuna 1000 avro pul verilib. Çempion olan “Obiettivo Rizarçimento” (İtaliya) 11 min, gümüş medalçı “Novı Bor” (Çexiya) 7 min, bürünc mükafatçı “Mednı Vsadnik” (Rusiya) 3500 avro qazanıb. Şəhriyar Məmmədyarovun çıxış etdiyi Makedoniya “Alkaloid”i dördüncü yeri tutduğuna görə 2 min və “Moskva” şahmat komandası beşinci pillənin sahibi olduğuna görə 1500 avro əldə edib. SOCAR-ın maliyyələşdirdiyi “Odlar Yurdu” isə pul mükafatına yiyələnə bilib. Son turda qalib gəlməklə xalını səkkizə yüksəldən və dördüncü sıranı tutan komandamıza 1500 avro verilib. Qızıl medalçı olan Batumi “Nona”sı 6 min, gümüş mükafatçı Kiyev Şahmat Federasiyasının komandası 4 min və üçüncü yeri tutan Monakonun “Şahmat Dairəsi” klubu 2500 avro pul mükafatına sahib çıxıb. Xatırladaq ki, yeddi şahmatçımız fərdi mübarizədə medal qazanıb. Şəhriyar Məmmədyarov və Əhməd Əhmədzadə qızıl, Aydın Süleymanlı və Zeynəb Məmmədyarova gümüş, Rauf Məmmədov, Günay Məmmədzadə və Xanım Balacayeva bürünc medal qazanıblar. Вернуться назад |