Главная > İdman / Manset > “Qarabağ”ın Macarıstana səfər planı açıqlanıb

“Qarabağ”ın Macarıstana səfər planı açıqlanıb


7-08-2022, 16:23. Разместил: admin
UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın səfər planı bəlli olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “köhlən atlar” avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.
Вернуться назад