Главная > İdman / Manset > “Lex”in baş məşqçisi: “Bizi “Qarabağ”la ağır döyüş gözləyir”

“Lex”in baş məşqçisi: “Bizi “Qarabağ”la ağır döyüş gözləyir”


9-07-2022, 19:23. Разместил: admin
“Geniş heyətimiz olsa da, bizi iyulun 12-də “Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir”.

Oxu.Az-ın məlumatına görə, bunu “Lex”in baş məşqçisi Con van den Brom Bakıa “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib: “Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Lex” oyunu saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.
Вернуться назад