Главная > İdman / Manset > Gimnastlarımız Avropa çempionatında iki medal qazandılar
Gimnastlarımız Avropa çempionatında iki medal qazandılar4-06-2022, 16:07. Разместил: admin |
Mayın 1-də İtaliyanın Rimini şəhərində start götürən batut gimnastikası və tamblinq üzrə XXVIII Avropa çempionatı davam edir. Oxu.Az xəbər verir ki, yarışda millimizin üzvləri bir qızıl və bir bürünc medal qazanıblar. Komandamıza ən yüksək nəticəni gənclər arasında batut üzrə sinxron cütlüyümüz Maqsud Mahsudov və Hüseyn Abbasov qazandırıb. Belə ki, onlar sinxron proqramda bütün rəqiblərini üstələyərək 48.420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer tutublar. Tamblinq üzrə yığmamızın üzvləri – Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklər arasında komanda yarışında bürünc medala sahib çıxıblar. Bu gün Avropa çempionatında tamblinq üzrə gənclər arasında komanda yarışlarının finalı təşkil ediləcək. Komanda yarışlarında ölkəmizi gimnastlarımız – Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edəcək. Sabah fərdi proqramda tamblinq üzrə final mərhələsi, batut üzrə yarımfinal mərhələsi keçiriləcək. Tamblinq üzrə fərdi proqramda böyüklər arasında Mixail Malkin və Tofiq Əliyev, gənclər arasında isə Hüseyn Əsədullayev çıxış edəcək. Batut üzrə fərdi proqramda gənclər arasında Hüseyn Abbasov və Maqsud Mahsudov, böyüklər arasında isə Selcan Mahsudova mübarizəyə qoşulacaq. Вернуться назад |