Главная > İdman / Manset > Bu axşam Çempionlar Liqasının qalibi bilinəcək - Yenilənir

Bu axşam Çempionlar Liqasının qalibi bilinəcək - Yenilənir


28-05-2022, 16:43. Разместил: admin
Bu axşam futbol üzrə Çempionlar Liqasında final oyunu keçiriləcək.

"Azadsəs.az" xəbər verir ki, İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları arasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Matç Parisdə "Stade de Frans" stadionunda keçiriləcək.

Qeyd edək ki, Madrid "Real"ı bu günə kimi 13, "Liverpul" isə 6 dəfə qitənin ən güclü klubu adını qazanıb.

Qeyd edək ki, bu komandalar 2018-ci ildə də ÇL-də final oynayıb. Qarşılaşma "Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Вернуться назад