Главная > İdman / Manset > Zəfər Kubokunda daha 3 oyun keçirilib - FOTO

Zəfər Kubokunda daha 3 oyun keçirilib - FOTO


8-05-2022, 18:19. Разместил: admin
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda daha 3 oyun keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Füzuli” və “Cəbrayıl” komandaları üz-üzə gəliblər. A qrupundakı qarşılaşma “Cəbrayıl”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.


B qrupunda “Suqovuşan” “Şuşa” komandasını sınağa çəkib və rəqibini 9:1 hesabı ilə darmadağın edib.

C qrupunda isə “Kəlbəcər” “Laçın”ı 2 cavabsız qolla məğlub edib.

Zəfər Kuboku

8 may

A qrupu, I tur

“Füzuli” – “Cəbrayıl” - 2:4

Qollar: Murad Əliyev (2) - Əli Raufoğlu (3), Ruslan Mikayıllı

B qrupu, II tur

“Suqovuşan” – “Şuşa” - 9:1

Qollar: Nurşən Quliyev (6), Xalid Ağəliyev, İlkin Əhmədov, Vüsal Hacı - Nicat Abbasov

C qrupu

“Kəlbəcər” – “Laçın” - 2:0

Qollar: Asif Nərimanoğlu, Ceyhun Rəhimov

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, “Kəhriz su”nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, “Report” agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.










Вернуться назад