Главная > İdman > “Real” səfərdə “Mançester Siti”yə uduzdu - Yenilənib

“Real” səfərdə “Mançester Siti”yə uduzdu - Yenilənib


27-04-2022, 15:46. Разместил: admin
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

“Azadsəs.az” xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.

İngiltərə “Mançester Siti” doğma azarkeşləri önündə Madridin “Real” klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, komandaların cavab qarşılaşması mayın 4-də baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyun

26 aprel

23:00. “Mançester Siti” - “Real”

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, “Etihad ”stadionu

***

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

26 aprel

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:3

Qollar: Kevin De Brüyne, 2. Qabriel Jezus, 11. Fil Foden, 53. Bernardu Silva, 74 - Kərim Benzema, 33; 81 (pen.) Vinisius Junior, 55

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, "Etihad" stadionu

Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə "Liverpul" və İspaniya "Vilyarreal"ı arasında baş tutacaq.
Вернуться назад