Главная > İdman / Manset > Azərbaycan fiqurlu konkisürəni dünya çempionatını neçənci yerdə başa vurdu? - FOTO

Azərbaycan fiqurlu konkisürəni dünya çempionatını neçənci yerdə başa vurdu? - FOTO


26-03-2022, 13:23. Разместил: admin
Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatında çıxış edən atletimiz Yekaterina Ryabova sərbəst proqramda növbəti dəfə öz bacarığını nümayiş etdirib.

"Azadsəs.az" xəbər verir ki, Rusiya əsilli atletimiz “Notr Dam de Paris” kompozisiyasının müşayiəti ilə buz üstünə çıxıb. Münsiflərin qiymətləndirməsinə əsasən, Yekaterina 188.50 xal toplayaraq 9-cu yerdə qərarlaşıb.

Eyni zamanda digər təmsilçilərimiz – Aleksandr Kolosovski və Yekaterina Kuznetsova da buz üstündə rəqs üzrə çıxış ediblər. Cütlüyümüz 49.12 xal toplasa da, növbəti mərhələyə yüksəlmə şansını əldən verib.

Kişilərdə Vladimir Litvintsevin sərbəst proqram üzrə son çıxışı bu gün baş tutacaq.

Qeyd edək ki, fiqurlu konkisürmə üzrə dünya çempionatı martın 27-nə kimi davam edəcək.




Вернуться назад