Главная > İdman / Manset > Millimiz ilk oyunda darmadağınla uduzdu

Millimiz ilk oyunda darmadağınla uduzdu


17-03-2022, 23:20. Разместил: admin
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirib.

"Azadsəs.az" xəbər verir ki, millimiz Xorvatiyada keçirilmiş oyunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 6:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin heyətində Nazim Rəhimov fərqlənib.

Seçməmiz növbəti oyununu martın 19-da Latviya millisinə qarşı keçirəcək.
Вернуться назад