Главная > İdman > Tanju Çolak Naxçıvanda

Tanju Çolak Naxçıvanda


22-02-2022, 13:38. Разместил: admin
Türkiyə futbol tarixinin əfsanəvi oyunçularından biri, "Qalatasaray"ın və milli komandanın sabiq hücumçusu, "Qızıl buts" mükafatına layiq görülən yeganə türk futbolçu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfərdədir.

“Azadsəs.az” xəbər verir ki, 59 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.

Burada sabiq futbolçu ilə azarkeşlər arasında görüş təşkil olunub. Qonaq əvvəlcə azarkeşləri maraqlandıran sualları cavablandırıb. Ardınca azyaşlı uşaqlara imzalı toplar hədiyyə edib.
Вернуться назад