Главная > İdman / Manset > Qadın cüdoçu tatamiyə mobil telefonla çıxdığı üçün diskvalifikasiya olunub

Qadın cüdoçu tatamiyə mobil telefonla çıxdığı üçün diskvalifikasiya olunub


6-02-2022, 14:32. Разместил: azadses
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində tatami üzərinə çıxan yerli idmançı Pristsilla Nyetonun kimonosundan mobil telefon düşüb.

Hadisə yaponiyalı Momo Tamaoki ilə yarımfinal görüşünün başa çatmasına 2 dəqiqə 22 saniyə qalmış qeydə alınıb. Nəticədə Lonon-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və Avropa çempionu diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.

Sonradan bağışlanan qadın cüdoçu bürünc medal uğrunda görüşdə qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.


Вернуться назад