Главная > İdman / Manset > Şahmatçımız beynəlxalq turnirdə lider oldu

Şahmatçımız beynəlxalq turnirdə lider oldu


3-01-2022, 13:32. Разместил: admin
Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnirdə Azərbaycan təmsilçisi liderliyə yüksəlib.

“Azadsəs.az” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb.

Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Вернуться назад