Главная > İdman / Manset > AÇ-2024-ün loqotipi təqdim edildi

AÇ-2024-ün loqotipi təqdim edildi


6-10-2021, 08:32. Разместил: azadses
Almaniyada keçiriləcək futbol üzrə AÇ-2024-ün loqotipini təqdim edilib.

Bu barədə qitənin ali futbol qurumu - UEFA paylaşım edib.

Bildirilib ki, AVRO-2024-ün loqotipi UEFA üzv olan 55 ölkənin bayraqları üçün ümumi olan altı rəngi və final matçının keçiriləcəyi Berlindəki “Olimpiastadion”u özündə birləşdirir.

“Brend hər kəs üçün açıq olan və müxtəlifliyi təşviq edən AÇ ideyasını təbliğ edir. Futbol hər kəsin özünü evində hiss etməsi lazım olan sahədir və markanın təqdimatı bu evi Almaniyada keçiriləcək AÇ-2024-də etmək üçün ilk addım idi”, - UEFA-nın press-relizində deyilir.


Вернуться назад