Главная > İdman / Manset > Baş məşqçi Kriştianu Ronaldu barədə fikirlərə aydınlıq gətirdi

Baş məşqçi Kriştianu Ronaldu barədə fikirlərə aydınlıq gətirdi


2-10-2021, 16:11. Разместил: azadses
İngiltərənin “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Ule-Qunnar Sulşer Kriştianu Ronaldunun fikirlərini komandanın taktikasına daxil edəcəyi ilə bağlı məlumatı şərh edib.

“Bu başqa məsələdir. Buna nə cavab verməyimi istəyirsiniz? Aramızda danışdıqlarımız elə aramızda da qalır. Amma belə bir söhbətimiz olmayıb.

Beş oyunda beş qol öz sözünü deyir. Özünü idarə etməyi bacarmaq lazımdır. Bu hər kəs üçün yaxşı bir nümunədir. Ümid edirəm belə də davam edəcək”, - deyə Sulşer bildirib.

Qeyd edək ki, Ronaldu Premyer Liqada ayın ən yaxşı oyunçusu olduğunu iddia edir.

Mənbə: News.sportbox.ru


Вернуться назад