Главная > İdman / Manset > “Champions Chess Tour”: Teymur Rəcəbov qalib gəldi, Məmmədyarov məğlub oldu
“Champions Chess Tour”: Teymur Rəcəbov qalib gəldi, Məmmədyarov məğlub oldu2-10-2021, 08:35. Разместил: azadses |
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin altıncı turunun oyunları keçirilib. 6-cı turda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmada məğlub olub (3:4). Qeyd edək ki, şahmatçımız Teymur Rəcəbov isə ABŞ-ın digər təmsilçisi Uesli Soya 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur. Hazırda təmsilçimiz T.Rəcəbov 18 xalla 3-cü sıradadır. Ş.Məmmədyarov isə 6,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinin lideri 28,5 xalla Maqnus Karlsendir. Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. Вернуться назад |