Главная > İdman / Manset > Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi
Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi30-09-2021, 10:04. Разместил: azadses |
Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub. Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) məlumat yayıb. Bildirilib ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner səkkiz il müddətinə yarışlardan diskvalifikasiya edilib. İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır. Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012-ci, 2015-ci və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub. Вернуться назад |