Главная > İdman / Manset > DÇ-2022-nin seçmə oyunu: Azərbaycan millisi “cırtdanlar”a qarşı
DÇ-2022-nin seçmə oyunu: Azərbaycan millisi “cırtdanlar”a qarşı1-09-2021, 19:00. Разместил: azadses |
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının (DÇ) Avropa zonası üzrə seçmə mərhələ oyunlarına start veriləcək. Oxu.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması bu gün növbəti sınağına çıxacaq. İlk iki turda xal qazana bilməyən Canni De Byazinin yetirmələri bu dəfə səfərdə Lüksemburqun qonağı olacaq. Komandamız ölkə baxımından “cırtdan” olan, amma futbolda inkişafda olan rəqibi ilə görüşdə ilk xal üçün mübarizə aparacaq. Qrupda sonuncu pillədə qərarlaşan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq. Bu matçda “Qarabağ”ın milliləşdirilmiş xorvatiyalı futbolçusu Filip Ozobiçin yığmamızda debüt edəcəyi gözlənilir. Xatırladaq ki, indiyədək Lüksemburqla beş dəfə qarşılaşmışıq. Tərəflər hərəyə bir dəfə qələbə qazanıb, üç matç isə heç-heçə başa çatıb. Komandalar arasında sonuncu qarşılaşma da məhz Lüksemburqda olub. Ötən il noyabrın 17-də millimiz UEFA Millətlər Liqasının qrup oyunu çərçivəsində rəqibi ilə qolsuz heç-heçəyə razılaşıb. Qeyd edək ki, millimiz bunadək seçmə mərhələdə qrup liderlərinə – Portuqaliyaya (0:1) və Serbiyaya (1:2) uduzub. DÇ-2022-nin seçmə mərhələsi A qrupu 1 sentyabr 22:45 Lüksemburq – Azərbaycan Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina) Lüksemburq. “Stad Lüksemburq” Вернуться назад |