Главная > İdman / Manset > “Barselona” klubu tərk etmək istəyən qolkiperdən təzminat istəyir

“Barselona” klubu tərk etmək istəyən qolkiperdən təzminat istəyir


24-08-2021, 16:31. Разместил: azadses
“Barselona”nın qapıçısı Neto klubdan ayrılmaq istəyir.

Bu barədə RAC-1 telekanalı məlumat yayıb.

32 yaşlı qolkiper artıq qərarı ilə bağlı klub rəhbərliyini məlumatlandırıb.

Neto rəhbərliyə bildirib ki, daimi olaraq Mark Andre ter Ştegenin əvəzedicisi olmaq niyyətində deyil.

Ancaq “Barselona” Netonu pulsuz buraxmaq niyyətində deyil. Belə ki, kataloniyalılar klubu erkən tərk etmək istəyən qapıçıdan 15 milyon avro tələb edir.


Вернуться назад