Главная > İdman / Manset > “Sumqayıt” səfərdə vacib heç-heçə etdi - YENİLƏNİB

“Sumqayıt” səfərdə vacib heç-heçə etdi - YENİLƏNİB


22-07-2021, 07:47. Разместил: azadses
“Sumqayıt” UEFA Konfrans Liqasındakı ilk matçında vacib nəticə əldə edib.

Oxu.Az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda yerli “Çukariçki” klubuna qarşı keçirilən görüşdə hesab açılmayıb - 0:0.

Qeyd edək ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması iyulun 29-da Sumqayıtda keçiriləçək.

09:33

Bu gün “Sumqayıt” UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, rəqib Serbiyanın “Çukariçki” klubudur.

Bakı vaxtı ilə 22:00-da başlayacaq qarşılaşma Belqrad şəhərinin “Çukariçki” stadionunda baş tutacaq.

Oyunun baş hakimi isveçrəli Fedayi Sandır.

Qeyd edək ki, “Sumqayıt” tarixində ikinci dəfə avrokubok qarşılaşmasına çıxacaq. Təmsilçimiz ötən mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunda 0:2 hesabı ilə uduzmuşdu. Koronavirus pandemiyası səbəbindən mərhələ bir qarşılaşmadan ibarət olmuşdu.


Вернуться назад