Главная > İdman / Manset > Neymar: “Finalda Argentina ilə oynamaq istəyirəm, orada çoxlu dostlarım var”

Neymar: “Finalda Argentina ilə oynamaq istəyirəm, orada çoxlu dostlarım var”


7-07-2021, 16:46. Разместил: azadses
Braziliya millisinin hücumçusu Neymar Amerika Kubokunun finalında Argentina millisi ilə oynamaq istədiyini açıqlayıb.

Bu barədə Sports.ru məlumat yayıb.

“Argentinanın finala çıxmasını istəyirəm. Onlara azarkeşlik edəcəm, çünki orada çoxlu dostlarım var. Finalda isə Braziliya qalib gələcək”, - deyə Neymar bildirib.

Xatırladaq ki, finala gedən yolda Braziliya Peru üzərində minimal hesabla (1:0) qələbə qazanıb. Argentina millisi isə yarımfinalda Kolumbiya millisi ilə qarşılaşacaq.


Вернуться назад