Главная > İdman / Manset > AVRO-2020 başlayır: “Ay-ulduzlular” turnirin favoritlərindən birinə qarşı - AFİŞA

AVRO-2020 başlayır: “Ay-ulduzlular” turnirin favoritlərindən birinə qarşı - AFİŞA


11-06-2021, 19:05. Разместил: azadses
Bu gün futbol üzrə Avropa çempionatına (AVRO-2020) start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirə İtaliyanın paytaxtı Romada start veriləcək. İtaliya öz meydanında Azərbaycanda kifayət qədər azarkeş ordusu olan Türkiyə ilə qarşılaşacaq.

Avropa çempionatının favoritlərindən sayılan İtaliya millisində yeganə itki “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrininin əzələ zədəsi üzündən oynaya bilməməsidir. Türkiyə millisində isə hər hansı itki yoxdur.

AVRO-2020-nin final mərhələsi

I tur

A qrupu

23:00 Türkiyə – İtaliya

Baş hakim: Dani Makeli (Niderland)

Roma. Olimpiya stadionu

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə – Uels (12 iyun), Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.


Вернуться назад