Главная > İdman > UEFA Zlatan İbrahimoviçə qarşı istintaqa başlayıb
UEFA Zlatan İbrahimoviçə qarşı istintaqa başlayıb27-04-2021, 11:00. Разместил: azadses |
Təşkilatdan verilən xəbərə görə, UEFA İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə əsasən, 39 yaşlı forvardın bukmeker kontorunda maddi maraqlarının olması iddiasıyla əlaqədar məsələnin araşdırılması üçün müfəttiş təyin olunub. FİFA və UEFA-nın qaydalarına görə, əgər futbolçuların bukmeker kontorlarında hər hansı bir maraqları varsa, onlar adıçəkilən təşkilatların himayəsi altıındakı yarışlara qatıla bilməzlər. Bu tələbin pozulmasına görə isə futbolçunun 3 ilə qədər futboldan kənarlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, 2018-ci ildən etibarən “Bethard” bukmeker kontorunun 10 faizi İbrahimoviçə məxsus “Unknown AB” şirkətinə aiddir. Вернуться назад |