Главная > İdman > “Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi

“Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi


7-04-2020, 22:42. Разместил: azadses
“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak komandanın baş məşqçisi Fatih Terimdən sonra koronavirus xəstəliyinə qalib gəlib.
Azadsəs xəbər verir ki, klub rəsmisinin son testi mənfi nəticə verib. 
Martın 18-də oğlu və həyat yoldaşı ilə birgə xəstəxanaya aparılan, ötən həftədən isə müalicəsini ev şəraitində davam etdirən Albayrakın artıq koronavirusla bağlı problemi qalmayıb.
Qeyd edək ki, “Qalatasaray”ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir.
Вернуться назад