Главная > İdman / Manset > Çempionlar Liqasında son iki 1/4 finalçı məlum oldu

Çempionlar Liqasında son iki 1/4 finalçı məlum oldu


18-03-2021, 18:00. Разместил: azadses
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Son oyun günündə daha iki görüş keçirilib.
“Çelsi” öz meydanında “Atletiko”nu qəbul edib. Səfərdə minimal hesabla qalib gələn “zadəganlar” evdə iki cavabsız top vuraraq 1/4 finala yüksəlib.
Digər oyunda turnirin son qalibi “Bavariya” evdə “Latsio” ilə qarşılaşıb. Səfərdə 4:1 üstün olan münhenlilər demək olar ki, məsələni həll etmişdi. “Bavariya” ev oyununda da rəqibinə qalib gəlib - 2:1.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

“Çelsi” (İngiltərə) – “Altetiko” Madrid (İspaniya) - 2:0
Qollar: Ziyeş, 35, Emerson, 90+4
Qırmızı vərəqə: Saviç, 82
İlk oyun - 1:0
“Bavariya” (Almaniya) – “Latsio” (İtaliya) - 2:1
Qollar: Levandovski, 33 (pen.), Çupo-Motinq, 73 - Parolo, 82
İlk oyun - 4:1.

Вернуться назад