Главная > İdman > “Çelsi” - “Mançester Yunayted” oyununda qol olmadı, seriyalar qırılmadı

“Çelsi” - “Mançester Yunayted” oyununda qol olmadı, seriyalar qırılmadı


1-03-2021, 13:00. Разместил: azadses
İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi oyunu paytaxt Londonda keçirilib.
Tomas Tuxelin gəlişindən sonra yüksəlişə keçən “Çelsi” ikinci pillədəki “Mançester Yunayted”i qəbul edib.
“Çelsi” matça 9, “Mançester Yunayted” isə 8 oyunluq məğlubiyyətsizlik seriyası ilə çıxıb.
“Zadəganlar” buna qədər bütün turnirlərdəki son görüşlərində 7 qələbə, 2 heç-heçəlik, “qırmızı şeytanlar” isə 4 qələbə, 4 heç-heçəlik nəticəyə imza atmışdı.
“Stemford Bric”dəki qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.
Yalnız lider “Mançester Siti”dən geri qalan “Mançester Yunayted”in aktivində 50 xal varsa, 5-ci pillədəki “Çelsi” 44 xala malikdir.

Вернуться назад