Главная > İdman > "Qalatasaray" yeni transferini rəsmiləşdirdi

"Qalatasaray" yeni transferini rəsmiləşdirdi


25-01-2021, 17:02. Разместил: azadses
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, "sarı-qırmızılar" İngiltərənin "Brentford" komandasından 22 yaşlı hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.

Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvard mövsümün sonunadək "Qalatasaray"da çıxış edəcək.

Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidir.


Вернуться назад