Главная > İdman > "Neftçi"nin baş məşqçisi və futbolçuları məşqlərə qoşuldu

"Neftçi"nin baş məşqçisi və futbolçuları məşqlərə qoşuldu


16-12-2020, 16:21. Разместил: azadses
"Neftçi"nin koronavirusdan sağalan baş məşqçisi Samir Abasov komanda ilə məşqlərə qoşulub.

"Report"un məlumatına görə, 42 yaşlı mütəxəssislə yanaşı kapitan Emin Mahmudov, eləcə də Anton Krivotsyuk və Fəhmin Muradbəyli məşqlərə başlayıb.

Koronavirus aşkarlanan Stiven Monroz, Bruno Teluşi və zədəli Cabir Əmirli məşqdə iştirak edə bilmir.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının XII turunda "Sabah"la qarşılaşacaq. Görüş dekabrın 20-də "Bank Respublika Arena"da olacaq.


Вернуться назад