Главная > İdman > Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır

Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır


11-12-2020, 12:47. Разместил: azadses
"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.

O, noyabrın 28-də "Qarabağ" klubu ilə birlikdə Ağdama səfər etmişdi.

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.


Вернуться назад