Oleq Krapivin Azərbaycan ordusuna 20 min dollar yardım etdi
- 22-10-2020, 14:16
- İdman
Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, ordumuz üçün yaradılmış fonda 20 min dollar köçürüb.
Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi “Şirvan” idman klubunu tikdirib.
Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb. Onun köməyi ilə “Veten” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.
2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Oleq Krapivinə “Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adını verib.