Azərbaycan milllisi Belarusda təlim-məşq toplanışı keçəcək
- 6-06-2025, 11:20
- İdman
Yeniyetmə oğlan voleybolçulardan ibarət Azərbaycan millisi (2008-2009 təvəllüdlülər) Belarusa yola düşüb.
"Report" Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.
İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
Qeyd edək ki, yığma bu il Azərbaycanda keçiriləcək III MBD Oyunlarında iştirak edəcək.