Məşhur amerikalı qolfçu axilles vətərindən əməliyyat olunub
- Bu gün, 09:41
- İdman
Dəfələrlə nüfuzlu turnirlərin qalibi adını qazanmış məşhur amerikalı qolfçu Tayqer Vuds axilles vətərindən əməliyyat olunub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 49 yaşlı idmançı şəxsi sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, evdə yenidən məşqə başladıqdan sonra damarının yırtılması səbəbindən kəskin ağrılar hiss etdiyini və uğurlu əməliyyat keçirdiyini bildirib.
Qeyd edək ki, T.Vuds 2024-cü ilin iyulundan bəri "PGA Tour"da iştirak etmir. O, bu ilin sentyabrında bel nahiyəsində sıxılmış siniri düzəltmək üçün də əməliyyat olunmuşdu.