Bakıda stend atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilir
- Bu gün, 09:43
- İdman
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə stend atıcılığı üzrə beynəlxalq hakimlik kursları keçirilir.
"Report"un məlumatına görə, tədbir Bakı Atıcılıq Mərkəzində təşkil edilir.
Dairəvi və səngər stendi üzrə baş tutan təlimlər martın 2-dək davam edəcək. Referilər 2025-ci il üçün təsdiqlənmiş ISSF qaydaları ilə yaxından tanış olub, həm nəzəri seminarlar, həm də praktiki məşğələlərdə iştirak edirlər.
Kursun sonunda hakimlər imtahan verərək beynəlxalq sertifikat əldə edəcəklər.