Məhəmməd Salah Premyer Liqada rekordunu təkrarlayıb
- Bu gün, 08:54
- İdman
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada öz rekordunu təkrarlayıb.
"Report"un məlumatına görə, 32 yaşlı hücumçu buna "Nyukasl"a qalib gəldikləri (2:0) XXVII turun oyununda məhsuldar ötürmə verməklə nail olub.
Misirli forvard cari mövsüm 42 qolun vurulmasında (25 qol, 17 assist) yaxından iştirak edib.
Daha əvvəl Salahın çempionatdakı ən yaxşı nəticəsi 2017/2018 mövsümündə qeydə alınmışdı. O, həmin vaxt 32 qol və 10 assistlə yadda qalmışdı.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün yarışlarda 39 matçda 30 qol və 22 məhsuldar ötürmənin müəllifi olub.