"Mançester Siti"nin futbolçusu İngiltərədə klubunu dəyişə bilər
- Bu gün, 09:42
- İdman
"Mançester Siti"nin futbolçusu Cek Qriliş İngiltərədə klubunu dəyişə bilər.
"Report" "The Chronicle" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin nümayəndələri onu "Nyukasl"a təklif ediblər.
"Şəhərlilər"in bu keçid üçün az məbləğ istəyəcəyi də gözlənilir. Mançester təmsilçisi oyunçunu 100 milyon funt-sterlinqə alıb. Oyunçu da maaşının xeyli azalmasına razı olacaq.
"Nyukasl"dan başqa, Qrilişlə "Aston Villa", İtaliyanın "İnter" və Almaniyanın "Bavariya" klubları da maraqlanır.
Qeyd edək ki, onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Qriliş cari mövsüm 24 matçda iki qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.