azadses.az » İdman » ATF prezidenti: “Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq”

ATF prezidenti: “Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq”

“Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq".

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bu məsələ müzakirə olunur: “İştirakçılar da öz fikirlərini bildirəcəklər. İdmançıları dinləyəcəyik ki, hansısa nöqsan varsa, aradan qaldıraq. Əminəm ki, gələn il ölkə çempionatı daha yüksək səviyyədə keçiriləcək və bundan da çox idmançı iştirak edəcək”.

Qurum rəhbəri hazırda davam edən ölkə çempionatı ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd triatlonu Azərbaycanda tanıtmaqdır: “Çox sevindirici haldır ki, Azərbaycanın gənclər paytaxtı Mingəçevirdə ölkə çempionatı keçirilir. Triatlon üzmək, velosiped sürmək və qaçmaqdan ibarətdir. Buna baxmayaraq, bugünkü yarışda 100 iştirakçı var. Onların 41 nəfəri yeniyetmələrdir. Federasiya olaraq qarşımıza qoyulan hədəflərdən biri triatlonu ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Ən vacibi yerli idmançıları yetişdirməkdir”.

Federasiya prezidenti bölgələrdə triatlonun inkişafı üçün əllərindən gələni etdiklərini vurğulayıb: “Mən federasiya prezidenti vəzifəsinə gələndə idmançılarımızın sayı çox az idi. Qarşımıza qoyulan hədəflərə uyğun olaraq regionlardan uşaqlar cəlb edirik. Bir ay ərzində Sumqayıtdan 4 idmançı cəlb olundu. Cənab Prezident İlham Əliyev tərəfindən regionlardakı Olimpiya İdman Komplekslərində yüksək səviyyədə şərait yaradılıb. Məşqçilərlə birlikdə komplekslərdə düzgün sistem qurmaq istəyirik ki, uşaqların bu idman növünə marağı olsun”.

Fərid Fərhadzadə əlavə edib ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsova böyük ümidlər var: “Hazırda bir legionerimiz var. Rostislav Pevtsovun Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacağına inanırıq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib