azadses.az » İdman » Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİR

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİR

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİR

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Kanat Seilxana ipponla qalib gəlib.

Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Rayheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

13:57

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda qazaxıstanlı Kanat Seilxanla üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Rayheulun müqavimətini qırmağa çalışacaq.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıblar.

10:09

Azərbaycanın yeddi cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürən Böyük Dəbilqə turnirində mübarizəyə başlayır.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan Bayramov Aybek Omirovla (Türkmənistan) üz-üzə gələcəklər.

66 kq-dakı Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvilinin (BƏƏ) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva 1/16 finalda Venna Juanqla (Çin), 52 kq-dakı cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə (Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland) münasibətlərinə aydınlıq gətirəcəklər.

Nəhayət, 57 kq-dakı Fidan Əlizadə 1/16 finalda Paulin Starkla (Almaniya) görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu