azadses.az » İdman » “Hər gün şükr et, amma elmlə məşğul ol, çətin gününü dəyişdir” - Acalov

“Hər gün şükr et, amma elmlə məşğul ol, çətin gününü dəyişdir” - Acalov


Bu sözləri Braziliya Ciu-citsu Federasiyasının Prezidenti Aqil Acalov deyib.
Onun sözlərinə görə, nəzər yetirsək görərik ki, müsəlman ölkələrinin əksəriyyəti inkişafdan qalır:

“Bütün inkişaf etmiş ölkələrdə dini inanclar, dinlə məşğul olan insanlar və möminlər var. İslam ölkələrindən fərqli olaraq onlar həm dinlə, həm də elmlə məşğul olurlar. Dini inancın olması gözəldir. Dinimizdə də buyrulub ki, beşikdən qəbrə kimi oxumaq, inkişaf etmək lazımdır. Məsələn, İsrailin dəmir qübbəsi var. Onlar elmlə məşğul olur, elmi-texnoloji ixtiralar edirlər. Müsəlman ölkələrində isə məshəblər bir-biriləri ilə mübahisə edirlər. Bəzən kasıb ailələr uşağa sadəcə bu halına şükr etməyi öyrədirlər. Şükr etmək acınacaqlı vəziyyətdən çıxmaq yolu deyil. Hər gün şükr et, amma elmlə məşğul ol, çətin gününü dəyişdir. Dinlə, elmlə, mütaliə ilə məşğul olmaq lazımdır. Bu günlərdə şükürlər olsun ki, dövlətimiz təhsillə bağlı hər şəraiti yaradıb. Dünya standartlarına uyğun təhsil almaq üçün ölkəmizdə kifayət qədər elm-tədris bazası yaradılıb və inkişaf etdirilir. Münbit şəraitdən sadəcə olaraq bəzi valideynlər düzgün istifadə etmirlər. Demirəm ki, dindən uzlaşmaq lazımdır. Xeyr! Bizi biz edən milli mənəvi dəyərlərimizdən də əlavə dini dəyərlərimizdir. Sadəcə dini düzgün formada yaşamaq, yaşatmaq və aşılamaq lazımdır. Kimisə təhqir etmədən, digər məshəblərə toxunmadan...
Qəribədir ki, müsəlman olduğumuz halda Yaradana şirk qoşmaq halları ilə rastlaşırıq. İnsanı qoruyan, şəfa verən, arzusuna çatdıran “seyidlər, pirlər” deyil. İnsanı qoruyan onun ağlıdır. Xəstə olanda həkimlərə üz tuturuq, halal zəhmətlə çalışırıq. Zəka, ağıl istəklərinə çatmaq üçün Allah tərəfindən insana verilən vasitədir. Onu necə işlədəcəyi isə insanın özünə qalıb. Allah Quranı bizə bir mayak, işıq olaraq göndərib. Amma insanlar yenə də kiminsə sözünü müzakirə edib, özünə yol tutur. Elmlə məşğul olmağı ən az ibadət qədər fəzilətli bilən Rəbbimiz bizə şüur verib, ondan əlavə Qurani Kərimi və elçisi Peyğəmbəri (s.a.a.s) göndərib. Əsrlər boyu kəşflər, ixtiralar, inkişafla elmin gəlib çıxdığı məqamlar haqqında məlumatları Allah cahiliyyət dövrü deyilən dövrdən bizə göndərib. Bu qədər açıq-aydın izahların və göstərişlərin qarşılığında bəzi insanlar hələ də batil inanclar və ya öz düşüncələrinə uyğun irəli sürdükləri mülahizələrlə mübahisə edirlər. Yerin və göyün, var olan hər şeyin sahibi Allahdır!
Allah bəndəsinə şüur verib ki, bəndə oxusun, elmli olsun. Oxuyun, düşünün, analiz edin, inanın, inancınızın da, elminizin də tərzi düzgün və təmiz olsun!”,- Acalov deyib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar