azadses.az » İdman » 33 yaşında dünya çempionu olan Rafiq Hüseynov: “Finaldan öncə atama demişdim ki, karyeramı bitirmək istəyirəm”

33 yaşında dünya çempionu olan Rafiq Hüseynov: “Finaldan öncə atama demişdim ki, karyeramı bitirmək istəyirəm”

“Nəhayət, mən dünya çempionuyam. İki ay əvvəl demişdim ki, tarix yazmaq istəyirəm. Dünya çempionu oldum və tarix yazdım. İndi mən hobbi kimi güləşdən həzz ala bilərəm”.

Oxu.Az-ın xəbərinə görə, bunu 33 yaşında ilk dəfə dünya çempionu olan Rafiq Hüseynov deyib.

82 kq çəki dərəcəsində dünən Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal və kəmər qazanan Rafiq təəssüratlarını bölüşüb. O, yarımfinalda qalib gəldiyi builki Avropa çempionu, Rusiya güləşçisi Adlan Akiyevi 2:1 məğlub etməsindən danışıb. O, finalda 2:1 qalib gəldiyi Burhan Akbudakla görüşün daha asan baş tutduğunu bildirib:

“Yarımfinal görüşüm finaldan daha çətin alındı. Çünki rusiyalı güləşçi Avropa çempionu idi. Məncə, final yarımfinal kimi mənə çətin olmadı. Asan oldu. Qalib gəldim və xoşbəxtəm”.

Özbəkistanın paytaxtı Daşkənddə doğulmuş Hüseynov məşqçi işləmək istədiyini bildirib:

“Finaldan öncə atamla danışmışdım. Ona demişdim ki, karyeramı bitirmək və güləş ayaqqabılarımı divardan asmaq istəyirəm. Ancaq o dedi ki, sən 5-6 ay istirahət edəcəksən. Bundan sonra yenidən güləşmək istəyəcəksən.

Mən başa düşürəm ki, o, karyeramı bitirməyimi istəmir, ona görə belə dedi. Mən Azərbaycan millisinin baş məşqçisi olmaq istəyirəm. Güləş Federasiyası da Olimpiya Oyunlarına kimi güləşməyimi istəyir. Mən də güləşəcəyəm. Güləşi sevirəm. Bu mənim işim yox, həyat tərzimdir”.

Qeyd edək ki, Rafiq Hüseynov daha əvvəl ikiqat Avropa çempionu olub. O bu il Tokio Olimpiya Oyunlarının bürünc medalına sahib çıxıb. Həmçinin bu dünya çempionluğu ilə üçüncü dəfə analoji turnirin mükafatını əldə edib.

Səbuhi Musayev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  2. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  3. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  4. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  5. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  6. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  7. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  8. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  9. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  10. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar