Главная > Hadisə > Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı


5-12-2020, 12:42. Разместил: azadses
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Bu barədə ''Azad Səs''-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.



Вернуться назад