Главная > Hadisə > ​​​​​​​Salyanda 49 yaşlı sürücü bıçaqlanıb

​​​​​​​Salyanda 49 yaşlı sürücü bıçaqlanıb


30-11-2020, 12:46. Разместил: azadses
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, taksi sürücüsü işləyən rayon sakini, 1971-ci il təvəllüdlü Gülüşov Cəbrayıl Mirzağa oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад