Главная > Hadisə > Şəmkirdə iki maşın toqquşdu, sürücülərdən biri öldü

Şəmkirdə iki maşın toqquşdu, sürücülərdən biri öldü


28-11-2020, 12:02. Разместил: azadses
Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə noyabrın 27-si saat 13 radələrində Sarıtəpə kəndi ərazisində baş verib.

Rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini N.Bayramovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillər toqquşub.

Nəticədə C.Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPİ tərəfindən araşdırma aparılır.Report


Вернуться назад