Главная > Hadisə > DTX-nın otağında tutduğu icra başçısının oğlu işdən çıxarıldı

DTX-nın otağında tutduğu icra başçısının oğlu işdən çıxarıldı


15-01-2020, 10:57. Разместил: azadses
Ramal Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
Kamran Əliyev bildirib ki, Ramal Quliyev özünün müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifəsindən azad olunub. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub. Dekabrın 18-i DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafa icra başçısı Nizaməddin Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər. 
Sabiq başçının digər oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. 
Вернуться назад