Главная > Hadisə > Ağsuda yanğın baş verib

Ağsuda yanğın baş verib


21-11-2020, 09:39. Разместил: azadses
Ağsu rayonunda yanğın olub.
''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 104 kvadrat metr olan kafenin yanar konstruksiyaları 8 kvadrat metr sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 12 kvadrat metr sahədə əriyib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. 
Digər yanğın hadisəsi Lənkəranda baş verib.
Şəhərin Zövlə kəndində fermanın ərazisində 60 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад