Главная > Hadisə > Bakıda mağazadan 34 min manatlıq oğurluq edilib

Bakıda mağazadan 34 min manatlıq oğurluq edilib


19-11-2020, 12:42. Разместил: azadses
Bakıda oğurluq hadisəsi baş verib.
''Azad Səs'' xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki telefon satışı mağazalarının birindən 34 519 manat dəyərində mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Mehdiyev və F.Kərimli saxlanılıblar.Report

Вернуться назад