Главная > Hadisə > Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub, xəsarət alanlar var


12-01-2020, 22:23. Разместил: azadses
Abşeron rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Hadisə Bakı-Sumqayıt şossesində qeydə alınıb. 
İki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin üzvləri - 55 yaşlı Hacıyeva Fatma Firuz qızı, 50 yaşlı Şirinova Təzəgül Əlif qızı və 7 yaşlı Mustafayev Həsən Elxan oğlu xəsarət alıblar
Hər üç yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 


Вернуться назад