Главная > Hadisə > 10 gündə 13 nəfər sərhəddimizi pozmaq istədi

10 gündə 13 nəfər sərhəddimizi pozmaq istədi


11-01-2020, 11:30. Разместил: azadses
Əcnəbilər saxta viza və pasportlarla Azərbaycana girmək istəyiblər
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, DSX Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində son günlərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.
Ötən il dekabrın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1978-ci il təvəllüdlü Ghasemianlialkoli Maghsoud Normohammadin sənədlərinin qismən saxta, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1998-ci il təvəllüdlü Fazl Ullahın təqdim etdiyi pasportda Kuba vizasının tam saxta olması müəyyən edilib.
Bu il yanvarın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Masoumlou Masoudun sənədinin tam saxta olması, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkəmizə gələn Özbəkistan vətəndaşları 1996-ci il təvəllüdlü Baxramcanov Donuyerbek və 1969-cu il təvəllüdlü Cəlalov Axlidin pasportlarının qısmən saxtalaşdırılması aşkar olunub.
4 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Ba-kı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Razi Zergani Moayadın Küveytə məxsus pasportunun qismən saxta olması, Moskva-Bakı reysi ilə uçub gələn Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Salimov Orkhanın sənədinin saxtalaşdırılması müəyyən olunub.
8 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1994-cü il təvəllüdlü Farghi Alamdari Shayanın pasportunda Almaniyaya məxsus Şengen vizasının, Bakı-Kiyev reysi ilə uçub gedən Pakistan vətəndaşı 1997-ci il təvəllüdlü Raza Hassanın pasportunda Almaniyaya məxsus daimi yaşayış vizasının və İran vətəndaşı 1998-ci il təvəllüdlü Jahangiri Farhadın Yunanıstan pasportunun qismən saxta olması, İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1988-ci il təvəllüdlü Varmazyar Soheilanın Böyük Britaniya pasportu və İD kartının özgəsinə məxsus olması müəyyən edilib.
3 yanvar tarixində Astara SNM-də İran İslam Respublikasından ölkə-mizə gələn İİR vətəndaşı 1975-ci il təvəllüdlü Feiziarbabi Leilanın daxili orqanlarında 53 qram metamfetamin və 91 qram heroin, AR vətəndaşı 1969-cu il təvəllüdlü Astara sakini İbadova Zülfiyyə Tərlan qızının üzərindən 177 qram heroin aşkar olunub.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.




Вернуться назад