Главная > Hadisə > Masazırda 11 yaşlı yeniyetmə bıçaqlandı

Masazırda 11 yaşlı yeniyetmə bıçaqlandı


1-11-2020, 09:31. Разместил: azadses
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
''Report''un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.
Yeniyetmə əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Вернуться назад